Menyu

Türkiyədə güclü yağış fəsadlar törədib

Operativ Media
Türkiyədə güclü yağış fəsadlar törədib
1 dəq oxu

Türkiyənin Ərzincan vilayətində güclü yağış problemlərə səbəb olub.

Operativ Media “TRTHaber”ə istinadla xəbər verir ki, yağışdan sonra yaranan sel suları bəzi əraziləri basıb, suvarma kanalları daş və palçıqla dolub.

Ərazidə ağır texnika ilə təmizləmə işlərinə başlanılıb.

Bundan başqa, güclü yağışdan sonra Sakaltutan aşırımında torpaq sürüşməsi baş verib. Nəticədə Ərzincan-Sivas avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanıb.

Yolun açılması üçün müvafiq tədbirlərin görüldüyü bildirilib.

Əlaqəli Xəbərlər