Menyu

Sürücü avtomobilini başqasına verərkən hansı məsuliyyəti daşıyır?

Ayşən Sadıxzadə
Sürücü avtomobilini başqasına verərkən hansı məsuliyyəti daşıyır?
1 dəq oxu

Sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsinin verilməsi inzibati məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, bu cür hallara görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulub.

Bu sözləri Operativ Media-ya Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

O bildirib ki, sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsinin verilməsi inzibati məsuliyyət yaradır:

“Qanunvericiliyə əsasən, bu cür hallara görə həm fiziki, həm də hüquqi şəxslər üçün cərimələr nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin bu vasitəni idarə etmək məqsədilə idarəetmə hüququ olmayan şəxsə verməsinə görə fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə edilir”.

Əlaqəli Xəbərlər