Menyu

İstanbulda yük maşını aptekə çırpılıb, 7 nəfər yaralanıb

Nicat Hüseynli
İstanbulda yük maşını aptekə çırpılıb, 7 nəfər yaralanıb
1 dəq oxu

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda idarəetmədən çıxan qazıntı materialı daşıyan yük maşınının aptekə çırpılması nəticəsində 7 nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Hadisə Velibaba məhəlləsində baş verib. Enişlə hərəkət edən yük maşını idarəetmədən çıxaraq doqquzmərtəbəli binanın birinci mərtəbəsində yerləşən aptekə çırpılıb.

Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Sürücü də daxil olmaqla yaralanan 7 nəfər xəstəxanaya çatdırılıb.

Əlaqəli Xəbərlər