Menyu

Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Operativ Media
Futzal üzrə Çempionlar Liqası: “Araz-Naxçıvan”ın bütün rəqibləri bəlli olub

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın yer aldığı 5-ci qrupdakı komandaların hamısı müəyyənləşib.

Azərbaycan Futzal Federasiyasından Operativ Media-ya verilən məlumata görə, ilkin mərhələ oyunlarından sonra C qrupunun qalibi “Buba Mara” və D qrupunun lideri “Uypeşt” “qırmızı-ağlar”ın rəqibi olub.

İyulun 8-də keçirilən püşkə əsasən, 5-ci qrupa E qrupunun qalibi düşməli idi. Ancaq həmin qrupun lideri Ermənistan çempionu “Unisport” olub. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan və Ermənistan təmsilçiləri bir qrupda yer ala bilməz.

Buna görə də E yox, D qrupunun qalibi 5-ci qrupa vəsiqə qazanıb.

Bu mərhələnin oyunları oktyabrın 27-dən noyabrın 1-dək Polşada keçiriləcək. 5-ci qrupda “Piast” (Polşa), “Araz-Naxçıvan” (Azərbaycan), “Buba Mara” (Bosniya və Herseqovina) və “Uypeşt” (Macarıstan) komandaları güclərini sınayacaqlar.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu turnirdə sayca 21-ci dəfə iştirak edəcək. Təmsilçimiz bu göstəricidə yalnız Qazaxıstanın “Kayrat” klubundan geri qalır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər