Menyu

Azərbaycanlı bocciaçı Sona Ağayeva dünya çempionatının yarımfinalına yüksəldi

Operativ Media
Azərbaycanlı bocciaçı Sona Ağayeva dünya çempionatının yarımfinalına yüksəldi
1 dəq oxu

Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Boccia üzrə Dünya Çempionatı davam edir.

Operativ Media xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan Sona Ağayeva 1/4 finalda dünya reytinqində 8-ci pillədə qərarlaşan çexiyalı Jirina Kreibichova üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Paralimpiyaçımızın yarımfinaldakı rəqibi dünya reytinqinin 4-cüsü və son Paralimpiya çempionu olan portuqaliyalı Cristina Gonçalves olacaq.

Əlaqəli Xəbərlər