Menyu

"Roma" yeni müdafiəçi ilə gücləndi

Operativ Media
"Roma" yeni müdafiəçi ilə gücləndi

İtaliya təmsilçisi "Roma" Fransanın "Marsel" kollektivinin arxa xətt oyunçusu Leonardo Balerdini heyətinə qatıb.

​Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu Romaya mövsümün sonunadək icarə əsasında keçib və sözləşmə 2027-ci il iyunun 30-dək qüvvədədir.

​Fransa klubunda çıxışına 2020-ci ildən başlayan 27 yaşlı mərkəz müdafiəçisinin "Marsel"lə mövcud müqaviləsinin müddəti 2028-ci il iyunun 30-da başa çatır. Razılaşmaya əsasən, Roma təmsilçisinin argentinalı oyunçunun transfer hüquqlarını tam şəkildə satın almaq imkanı da mövcuddur.

​Qeyd edək ki, Leonardo Balerdinin 2025/2026 mövsümündə keçirdiyi 36 qarşılaşmada rəqib qapısına 1 dəfə yol tapıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Argentina millisinin şərəfini qoruyan futbolçunun bazar dəyərini 18 milyon avro olaraq qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər