Menyu

Azərbaycan bocciaçısı dünya çempionatında bürünc medal qazanıb

Operativ Media
Azərbaycan bocciaçısı dünya çempionatında bürünc medal qazanıb
1 dəq oxu

Azərbaycan bocciaçısı Sona Ağayeva Cənubi Koreyanın paytaxtı Seulda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

BC2 kateqoriyasında mübarizə aparan idmançı 3-cü yer uğrunda qarşılaşmada dünya reytinqinin 3-cü pilləsində qərarlaşan Cənubi Koreya təmsilçisi Ahyonq Çoya qalib gəlib.

Bu, Azərbaycanın paralimpiya hərəkatı tarixində boccia idman növündə Avropa və dünya çempionatlarında qazanılan ilk medal olub.

Əlaqəli Xəbərlər