"Zirə" Rəşad Sadıqovla 200-ə çatdı
Operativ Media
Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.
Operativ Media PFL-ə istinadən xəbər verir ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb. Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.
2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu matçlarda 247 qol vuran “Zirə” 187-ni buraxıb.
Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net