Menyu

“Kəpəz” – “Turan Tovuz” matçında tamaşaçı rekordu qeydə alındı

Operativ Media
“Kəpəz” – “Turan Tovuz” matçında tamaşaçı rekordu qeydə alındı

Misli Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub.

Operativ Media PFL-ə istinadən xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib. Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidir.

Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” – “Sabah” matçını 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/17 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib – 14238 tamaşaçı .

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər