Menyu

Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq

Operativ Media
Azərbaycan cüdoçuları Avropa çempionatında 14 idmançı ilə mübarizə aparacaq
1 dəq oxu

3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. 

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq. 

Heyəti təqdim edirik: 

Qızlar

-48 kq

Nərgiz Əhmədova 

Gülgəz Musayeva 

-52 kq

Aysun Məmmədova 

-57 kq

Aytən Verdiyeva 

Xədicə Qədəşova

Oğlanlar 

-60 kq

Ayxan Mirzəzadə 

-66 kq

Məhəmməd Musayev 

-73 kq

Əbil Yusubov 

-81 kq

Cəsur İbadlı  

Mehdi Abbasov 

-90 kq

Aslan Kotsoyev

Süleyman Şükürov

-100 kq

Davud Namazlı 

+100 kq

Ramazan Əhmədov

Əlaqəli Xəbərlər