Basketbol məşqçiləri üçün B və C kateqoriyaları üzrə imtahan keçiriləcək
Operativ Media
Azərbaycan Basketbol Federasiyası (ABF) B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları keçirəcək.
Operativ Media ABF-yə istinadən xəbər verir ki, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında təşkil olunacaq.
Təlimlər məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C dərəcəsinə malik mütəxəssislərin isə B kateqoriyasına yüksəlməsi üçün nəzərdə tutulub. Sentyabrın 12-də məşqçilik seminarı, ertəsi gün isə yazılı və praktiki imtahanlar keçiriləcək.
2026/2027 mövsümü üçün qüvvədə olan yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, həmçinin ABF bayrağı altında keçirilən yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyası tələb olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net