Menyu

Azərbaycan kapoeyraçıları Türkiyədə 4 qızıl və 2 gümüş medal qazanıblar

Operativ Media
Azərbaycan kapoeyraçıları Türkiyədə 4 qızıl və 2 gümüş medal qazanıblar
1 dəq oxu

Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları 4 qızıl, 2 gümüş medal qazanıblar.

Operativ Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov qızıl, Davud Əli və Sübhan Rəhimzadə isə gümüş mükafata sahib çıxıblar.

Əlaqəli Xəbərlər