Menyu

AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub

Operativ Media
AFFA-nın əməkdaşı UEFA Stadion İnspektoru vəzifəsinə təyin olunub
1 dəq oxu

AFFA-nın əməkdaşı Sabir İsmayılov UEFA tərəfindən Stadion İnspektoru vəzifəsinə təyin olunub.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifə çərçivəsində Sabir İsmayılov Avropa klub yarışlarının oyunlarından əvvəl stadionların UEFA-nın müəyyən etdiyi tələblərə uyğunluğunu yoxlayacaq.

Yoxlamalar zamanı stadionların fiziki-texniki vəziyyəti, sağlamlıq və təhlükəsizlik sistemləri, həmçinin oyunların təhlükəsiz və fasiləsiz keçirilməsi üçün zəruri infrastruktur və təşkilati tədbirlər qiymətləndiriləcək.

Əlaqəli Xəbərlər