Menyu

Azərbaycan cüdoçuları Krakov turnirinin qalibi oldular

Operativ Media
Azərbaycan cüdoçuları Krakov turnirinin qalibi oldular

Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb.

Operativ Media xəbər verir ki, böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

U-16 yaş kateqoriyasında Aqil Nağıyev (-55 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Məhəmmədəli Mehdi (-81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi.

Əli Abdullayev (-60 kq), Hüseyn Şıxəliyev (-66 kq) və Ömər Atayev (-81 kq) qızıl, Dünyamalı Asdanlı (-66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (-55 kq) və Əli Cəfərov (-66 kq) isə bürünc medala layiq görülmüşdülər.

Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər