Menyu

Mahir Emrelinin komandası baş məşqçisiz qaldı

Operativ Media
Mahir Emrelinin komandası baş məşqçisiz qaldı
1 dəq oxu

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçi Davit Kroçeklə yollarını ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə klub məlumat yayıb.

May ayından klubu çalışdırmağa başlayan 37 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Kroçekin dövründə “Rakuv” 14 oyuna çıxıb. Komanda bu görüşlərin 6-da qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqasının 4-cü təsnifat mərhələsinə qədər irəliləyib.

Əlaqəli Xəbərlər