Menyu

Barkolanın "Liverpul"a transferi dünyanın ən bahalı 10 keçidi sırasına düşdü

Operativ Media
Barkolanın "Liverpul"a transferi dünyanın ən bahalı 10 keçidi sırasına düşdü
1 dəq oxu

Fransalı hücumçu Bredli Barkola PSJ klubundan "Liverpul"a keçib.

​Operativ Media "Transfermarkt" portalına istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun transfer qiyməti 125 milyon avro təşkil edib, həmçinin müqavilədə 20 milyon avro məbləğində əlavə bonuslar da nəzərdə tutulub.

​Sözügedən keçid "Transfermarkt" versiyasına əsasən dünya futbol tarixçəsində ən bahalı transferlər siyahısında onuncu pillədə qərarlaşıb. Madridin "Real" klubu da "Leypsiq"dən Yan Diomandenin transferi üçün eyni məbləği ödəmişdi.

​Reytinq cədvəlinin ilk üçlüyündə isə Neymarın "Barselona"dan PSJ-yə 222 milyon avroluq, Kilyan Mbappenin "Monako"dan yenə Paris təmsilçisinə 180 milyon avroluq, eləcə də Usman Dembelenin "Borussiya" (Dortmund) klubundan "Barselona"ya 148 milyon avroluq keçidləri yer alır.

Əlaqəli Xəbərlər