Menyu

Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu qeydə alındı

Operativ Media
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu qeydə alındı

Misli Premyer Liqasının III turu antirekordla əlamətdar olub.

Operativ Media Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub.

Orta məhsuldarlıq 0,83-ə bərabər olub.

"Qəbələ" - "Şamaxı" görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. "Kəpəz" - "Turan Tovuz" və "Zirə" - "Neftçi" matçlarında meydan sahibi, "Şəfa" - "İmişli", "Sumqayıt" - "Qarabağ" və "Araz-Naxçıvan" - "Sabah" oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Orta məhsuldarlığın 0,83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/2017 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub. Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan üçündə 10 il sonra da üz-üzə gələn cütlər olub. "Sumqayıt" – "Qarabağ" (0:2) və "Neftçi" – "Zirə" (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, "Qəbələ" – "İnter" (indiki "Şamaxı") qolsuz başa çatıb. "Kəpəz"lə AZAL-ın duelində də qol qeydə alınmayıb.

III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib. Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb.

2023/2024 mövsümünün sonuncu – XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb. 2024-cü il mayın 25-26-da keçirilən turda "Sumqayıt" "Qəbələ"yə, "Zirə" "Səbail"ə, "Turan Tovuz" "Kəpəz"ə evdə, "Sabah" "Neftçi"yə səfərdə 1 qolla qalib gəlib.

Yalnız "Araz-Naxçıvan" – "Qarabağ" duelində (2:2) hesab fərqli olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər