Menyu

Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Avropa çempionatlarında iştirak edəcəklər

Operativ Media
Azərbaycanın çimərlik voleybolu üzrə yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
1 dəq oxu

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandaları sentyabrda keçiriləcək müxtəlif yaş qrupları üzrə Avropa çempionatlarında iştirak edəcəklər.

Voleybol Federasiyasından Operativ Media-ya  verilən məlumata görə, ilk olaraq U-20 yığmaları 3-6 sentyabr tarixlərində İtaliyanın Battipaqlia şəhərində təşkil olunacaq qitə birinciliyində mübarizə aparacaq.

Yarışda ölkəmizi oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.

Daha sonra U-22 milli komandaları 10-13 sentyabr tarixlərində İspaniyanın Madrid şəhərində baş tutacaq Avropa çempionatında iştirak edəcəklər. Bu yaş qrupunda da Azərbaycanı oğlanlar arasında İbrahim Məmmədov / Muhamməd Aslanlı, qızlar arasında isə Səbinə Əlizadə / Leyla Əliyeva cütləri təmsil edəcək.

U-18 yığmaları isə 17-20 sentyabr tarixlərində Türkiyənin İzmir şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Bu yarışda oğlanlar arasında Emil Safronov / Tamerlan Tağıyev, qızlar arasında isə Dilarə Ağayeva / Leyla Əliyeva cütü ölkəmizi təmsil edəcək.

Əlaqəli Xəbərlər