Menyu

"Çelsi"nin hücumçusu Bundesliqa klubuna keçdi

Operativ Media
"Çelsi"nin hücumçusu Bundesliqa klubuna keçdi
1 dəq oxu

Almaniyanın "Leyptsiq" klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bundesliqa klubu "Çelsi"dən Mark Qiyunu transfer edib.

​Almaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayan 20 yaşlı ispaniyalı futbolçu karyerasını Bundesliqada davam etdirəcək.

​Daha əvvəl insayder Ben Ceykobsun yaydığı məlumata görə, ingilis klubu bu transferdən 16 milyon avro qazanc əldə edəcək. Xatırladaq ki, gənc forvard "Barselona" klubundan "Çelsi"yə 2024-cü ildə qoşulmuşdu. Ötən mövsüm ərzində o, bütün turnirlərdə 16 matçda iştirak edərək rəqib qapılarından 3 top keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər