Menyu

Qadın güləşi üzrə milli komandanın məşqçisi vəfat edib

Operativ Media
Qadın güləşi üzrə milli komandanın məşqçisi vəfat edib

Bu gün qadın güləşi üzrə milli komandanın məşqçisi Həsrət Məmmədyarov vəfat edib.

Operativ Media xəbər verir ki, bu haqda AGF məlumat yayıb.

Həsrət Məmmədyarov 1 fevral 1959-cu ildə Ağsu rayonunda anadan olub. Uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb və idmançı kimi zəngin, uğurlu karyera keçib. Dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub. Veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.

2008-ci ildən əvvəlcə sərbəst güləş, daha sonra qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi fəaliyyət göstərib. Onun uzun illər davam edən məşqçilik fəaliyyəti ərzində Azərbaycan güləşçiləri dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar qazanıblar.

Daim işgüzarlığı və intensiv fəaliyyəti ilə seçilən Həsrət Məmmədyarov Azərbaycan güləşinin inkişafına uzun illər ərzində böyük töhfələr verib, peşəkarlığı, zəngin təcrübəsi və yetirmələrinə qayğısı ilə seçilib. Səmərəli fəaliyyətinə görə “Əməkdar məşqçi” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər