Finlandiya, Almaniya və Portuqaliya gəmilərinin simvolik olaraq Helsinki limanına yanaşaraq alyans üzvü kimi ilk NATO təlimini başa vurduğunu elan edib.
"Operativ Media" xəbər verir ki, Finlandiya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada Almaniyanın FGS Mecklenburg-Vorpommern və Portuqaliyanın NRP Bartolomeu Dias freqatlarının aprelin 16-dək paytaxt Helsinkidə lövbərdə qalacağı bildirilib.
Helsinkiyə yanaşmazdan əvvəl gəmilər Finlandiya Sahil Donanması tərəfindən Finlandiya körfəzində üç Fin gəmisi ilə təşkil olunan təlimdə iştirak ediblər.
Qeyd edək ki, Aprelin 4-də Türkiyə Finlandiyanın NATO üzvlüyünü təsdiq edən sənədi 1949-cu il Şimali Atlantika Müqaviləsinin himayədarı olan ABŞ-a təhvil verdikdən sonra Finlandiya NATO-nun 31-ci üzvü kimi Alyansa rəsmən qoşulub.