Menyu

Umayra Tağıyeva: Süni intellekt texnoloji prioritetlərimizi yenidən nəzərdən keçirməyə sövq edir

Operativ Media
Umayra Tağıyeva: Süni intellekt texnoloji prioritetlərimizi yenidən nəzərdən keçirməyə sövq edir

Süni intellekt sahəsindəki yeniliklər Azərbaycanın texnoloji prioritetlərini yenidən nəzərdən keçirməsini zəruri edir.

Operativ Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” adlı panel sessiyada deyib.

Nazir müavini Azərbaycanın iqlim risklərinə qarşı həyata keçirdiyi tədbirlərdən danışarkən bildirib ki, ölkə milli monitorinq sistemlərinin modernləşdirilməsinə mühüm investisiyalar yatırır.

Onun sözlərinə görə, Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir. Son 5 il ərzində, 2026-cı il üzrə investisiyalar da nəzərə alınmaqla, meteoroloji müşahidə sistemlərinin 82 faizi avtomatlaşdırılıb.

Umayra Tağıyeva qeyd edib ki, bu, erkən xəbərdarlıq sistemlərinin yaradılması istiqamətində yalnız ilk mərhələdir və qarşıda bir sıra mühüm hədəflər dayanır.

O bildirib ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Yaşıl İqlim Fondu ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda dayanıqlılığın artırılması üçün iqlim məlumatları və çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Nazir müavini vurğulayıb ki, dünya hazırda süni intellektin təsiri ilə ciddi transformasiya mərhələsindən keçir və bu texnologiya yeni imkanlar yaradır.

“Süni intellektlə bağlı yeniliklər texnoloji prioritetlərimizi yenidən nəzərdən keçirməyə sövq edir. Bu məsələnin önəmi bütün qlobal platformalarda öz təsdiqini tapmaqdadır”, – deyə U.Tağıyeva bildirib.

O, Azərbaycanın süni intellekt sahəsində həyata keçirdiyi siyasətə də diqqət çəkib. Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin martında təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkənin bu sahədə siyasətini müəyyən edən mühüm sənəddir.

U.Tağıyevanın sözlərinə görə, strategiyanın icrası Azərbaycanda süni intellektin inkişafını və tətbiqini sürətləndirəcək, həmçinin bu sahədə daha sistemli yanaşmanın formalaşmasına imkan verəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər