Menyu

Bessent: Avropa süni intellekt sahəsində inkişaf etmir

Operativ Media
Bessent: Avropa süni intellekt sahəsində inkişaf etmir

ABŞ maliyyə naziri Skott Bessent Avropa ölkələrinin süni intellekt sahəsində demək olar ki, heç bir inkişaf nümayiş etdirmədiyini bildirib.

Operativ Media xəbər verir ki, Bessent bu fikirləri Texasda yerləşən Cənubi Metodist Universitetində tələbələr qarşısında çıxışı zamanı səsləndirib.

ABŞ maliyyə nazirinə Avropada süni intellekt sahəsində vəziyyətlə bağlı sual ünvanlanıb. Bessent suala “Heç nə” cavabını verib.

Onun sözlərinə görə, süni intellekt sahəsində əsas problem hesablama gücünün təmin edilməsidir.

Bessent bildirib ki, 2025-ci ildə dünyadakı hesablama gücünün 50 faizi ABŞ-ın payına düşüb. Onun proqnozuna görə, 2028-ci ildə bu göstərici 80 faizə yüksələcək.

ABŞ maliyyə nazirinin qiymətləndirməsinə əsasən, həmin dövrdə dünya üzrə hesablama gücünün 15 faizi Çinin, qalan hissəsi isə digər ölkələrin payına düşəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər