MegaSec rəqəmsal texnologiyalar üzrə yeni həllər hazırlayır - VİDEO
MegaSec kibertəhlükəsizlik, süni intellekt və rəqəmsal texnologiyalar sahəsində fəaliyyət göstərən, regional bazarlarda mövqeyini genişləndirən texnologiya şirkətidir.
Operativ Media xəbər verir ki, şirkətin əsas fəaliyyət istiqamətlərinə kibertəhlükəsizlik xidmətləri, SOC və MDR, GRC, Penetration Testing, Vulnerability Assessment və Threat Intelligence daxildir. MegaSec bu istiqamətlər üzrə dövlət və özəl sektorun informasiya sistemlərinin təhlükəsizliyinin və dayanıqlılığının təmin edilməsinə yönəlmiş həllər təqdim edir.
Şirkət süni intellekt və rəqəmsal texnologiyalar sahəsində də müxtəlif həllər hazırlayır. Bu istiqamətlərə Speech-to-Text (STT), Text-to-Speech (TTS), NLP, Computer Vision, üz və avtomobil nömrələrinin tanınması, həmçinin dron texnologiyaları daxildir.
MegaSec Azərbaycanla yanaşı, Özbəkistan və digər regional bazarlarda da fəaliyyət göstərir. Şirkət qabaqcıl texnologiyalar və yerli ekspertiza əsasında innovativ, təhlükəsiz və etibarlı rəqəmsal həllərin inkişafını davam etdirir.
dəqiqələr içində saytın olsun.