Menyu

Qarabağa tarixi səfər: Diplomatlara Azərbaycanın yaratdığı yeni reallıqlar təqdim olunur

Operativ Media
Qarabağa tarixi səfər: Diplomatlara Azərbaycanın yaratdığı yeni reallıqlar təqdim olunur

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri ilə tanış olmaq məqsədilə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başlayıb.

Səfər Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə keçirilir.

Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın nümayəndə iştirak edir.

Operativ Media-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, diplomat Rizvan Nəbiyev bildirib ki, Xankəndi və Şuşanın səfər proqramına daxil edilməsi xüsusi simvolik məna daşıyır.

Onun sözlərinə görə, bu ərazilər uzun illər beynəlxalq informasiya məkanında münaqişənin ən həssas və ağrılı mövzuları sırasında yer alıb. Diplomatik korpusun azad edilmiş ərazilərimizə mütəmadi səfərlərinin təşkili Prezident İlham Əliyevin sülh diplomatiyasının və postmünaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni reallıqların beynəlxalq müstəvidə təqdimatının mühüm elementlərindəndir:

“Bu gün həmin məkanların diplomatlara yeni həyatın, quruculuğun və gələcəyə baxışın nümunəsi kimi təqdim edilməsi Azərbaycanın postmünaqişə reallıqlarının göstəricisidir”, – deyə Rizvan Nəbiyev bildirib. 

Diplomat qeyd edib ki, siyasi diskurs artıq “münaqişə və qarşıdurma” mövzusundan “bərpa, reinteqrasiya, inkişaf və sülh” gündəliyinə keçib.

“Bu, yumşaq güc və informasiya diplomatiyası baxımından ciddi nailiyyətdir. Azərbaycan artıq işğaldan azad etdiyi ərazilərdəki reallığı sadəcə izah etmir, onu beynəlxalq ictimaiyyətə yerində göstərir. Müharibədən sonrakı diplomatiyanın əsas gücü də məhz budur: yaradılmış reallığı sülh, inkişaf və əməkdaşlıq gündəliyinə çevirmək və onu təqdim etmək”, – deyə Rizvan Nəbiyev vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər