Menyu

Alvares zədə səbəbindən "Real Sosyedad"la matçda iştirak etməyəcək

Operativ Media
Alvares zədə səbəbindən "Real Sosyedad"la matçda iştirak etməyəcək
1 dəq oxu

“Atletiko”nun hücumçusu Xulian Alvares zədə səbəbindən La Liqanın 5-ci turunda “Real Sosyedad”la keçiriləcək oyunda iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, Madrid klubunun mətbuat xidməti argentinalı futbolçunun məşq zamanı zədələndiyini açıqlayıb.

26 yaşlı Alvares şənbə günü keçirilən məşqi narahatlıq səbəbindən vaxtından əvvəl dayandırıb. Futbolçuda əzələ dartılması aşkarlanıb.

Yaxın günlərdə Alvares əlavə tibbi müayinədən keçəcək. Bundan sonra onun bərpa müddəti müəyyənləşəcək.

“Atletiko” – “Real Sosyedad” qarşılaşması sentyabrın 13-də keçiriləcək.

Əlaqəli Xəbərlər