Menyu

Ermənistan və İran “Nurduz–Meqri” gömrük dəhlizini işə salır

Operativ Media
Ermənistan və İran “Nurduz–Meqri” gömrük dəhlizini işə salır

Ermənistan və İran arasında gömrük prosedurlarının sadələşdirilməsi və sərhəddən yükdaşımaların sürətləndirilməsi istiqamətində yeni razılaşmalar əldə olunub.

Operativ Media xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Razılaşmaya əsasən, “Nurduz–Meqri” sadələşdirilmiş gömrük dəhlizinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Tərəflər eyni zamanda sərhəd qapısından birgə istifadəyə dair mövcud sazişin müddətinin daha 10 il uzadılması barədə qərar qəbul ediblər.

Bu barədə müvafiq protokol Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan ilə İran Gömrük Administrasiyasının rəhbəri Forud Əsgərinin Culfada baş tutan görüşündən sonra imzalanıb.

Danışıqlar zamanı gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, eləcə də yük avtomobillərinin sərhəddən daha operativ keçidinin təmin edilməsi məsələləri müzakirə olunub. Tərəflər yük nəqliyyatı ilə bağlı məlumatların əvvəlcədən elektron formada mübadiləsini genişləndirmək barədə də razılığa gəliblər.

Bundan əlavə, kağız sənədlərin mərhələli şəkildə rəqəmsal sistemlə əvəzlənməsi, səlahiyyətli iqtisadi operator statuslarının qarşılıqlı tanınması və elektron gömrük məlumatlarının mübadiləsinin inkişaf etdirilməsi məsələləri gündəmdə olub.

Tərəflər gömrük xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də əməkdaşlığın gücləndirilməsini nəzərdə tutublar. Sadələşdirilmiş gömrük rejiminin ilk mərhələdə kənd təsərrüfatı və ərzaq məhsullarının daşınmasına tətbiq edilməsi planlaşdırılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər