Pezeşkian: Hörmüz boğazı ilə bağlı razılaşma sabah açıqlanacaq
İran və regionun ərəb ölkələri arasında Hörmüz boğazından gəmiçilik məqsədilə istifadə ilə bağlı yeni çərçivə razılaşmasının əldə olunması gözlənilir.
Operativ Media xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “India Today”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İran artıq Omanla məsələ ilə bağlı danışıqlar aparıb və gəmiçiliyin həyata keçirilməsi üçün konkret çərçivə üzrə anlaşma əldə edilib.
Pezeşkian bildirib ki, regionun ərəb ölkələrinin xarici işlər nazirləri sabah Omanın paytaxtı Maskatda görüş keçirəcəklər.
Görüş zamanı Hörmüz marşrutu ilə bağlı razılığın əldə olunması və daha sonra bu barədə beynəlxalq dənizçilik təşkilatına məlumat verilməsi nəzərdə tutulur.
İran Prezidenti qeyd edib ki, ABŞ hücumlarını dayandıracağı təqdirdə, müəyyən ediləcək çərçivə əsasında marşrut beynəlxalq hüquqa uyğun şəkildə açıq olacaq.
Pezeşkian həmçinin region ölkələrini sülh və təhlükəsizliyin təmin olunması istiqamətində əməkdaşlığa çağırıb. O bildirib ki, İran regional təhlükəsizliyin qorunması və iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə qonşu dövlətlərlə əməkdaşlığa hazırdır.
dəqiqələr içində saytın olsun.