Menyu

Lamin Yamal: “Tarixə düşmək üçün çox iş görməliyəm”

Operativ Media
Lamin Yamal: “Tarixə düşmək üçün çox iş görməliyəm”
1 dəq oxu

“Barselona”nın vingeri Lamin Yamal gənc yaşda qazandığı uğurlara və əfsanəvi futbolçularla müqayisələrə münasibət bildirib.

Operativ Media xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə “Movistar”a müsahibəsində danışıb.

Yamal Lionel Messi, Kriştiano Ronaldo və Dieqo Maradona kimi böyük futbolçuların olduğunu qeyd edib. O, Pele istisna olmaqla, son dövrlərdə belə gənc yaşda bu qədər uğur qazanan futbolçunun olmadığını düşündüyünü bildirib.

“İnsanlar bütün bu qələbələrdən sonra karyeramın hansısa mərhələsində rahatlaşacağımı düşünə bilər. Xeyr. Futbol tarixində iz qoymaq üçün hələ minlərlə iş görməli olduğumu bilirəm”, – Yamal deyib.

Əlaqəli Xəbərlər