Menyu

Azərbaycanın U-20 millisi Moldova və Yaponiya yığmaları ilə qarşılaşacaq

Operativ Media
Azərbaycanın U-20 millisi Moldova və Yaponiya yığmaları ilə qarşılaşacaq

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək baş tutacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər