Bakıda bir sıra küçələrdə təmir işləri aparılacaq
Sentyabrın 16-dan etibarən Bakının Nizami və Xəzər rayonlarında bir sıra küçələrdə təmir işlərinin aparılması nəzərdə tutulub.
Operativ Media xəbər verir ki, təmir işləri Nizami rayonunda Zəki Məmmədov küçəsi, Abdulla Mirzəyev küçəsi, Cavid Manafov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində yerləşən dairə, həmçinin Keşlə qəsəbəsində Mirzə Ələkbər Sabir küçəsində həyata keçiriləcək.
Xəzər rayonunda isə Əziz Mirəhmədov və Heydər Eyvazov küçələrində təmir işləri aparılacaq.
Təmir işlərinin gedişindən asılı olaraq qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
dəqiqələr içində saytın olsun.