Azərbaycan boksçularının Avropa çempionatında rəqibləri bəlli olub
Sofiyada keçiriləcək qadın və kişi boksçular arasında Avropa çempionatında Azərbaycan millisinin ilk mərhələdəki rəqibləri bəlli olub.
Operativ Media xəbər verir ki, püşkatmadan sonra yığmamızın üzvlərinin mübarizəyə başlayacağı tarixlər və qarşılaşacağı rəqiblər müəyyənləşib.
Yarışın ilk günündə – sentyabrın 17-də 1/16 final mərhələsində Seyid Seyidov (85 kq) belçikalı İdris Leqaneslə, Nəbi İsgəndərov (70 kq) isə monteneqrolu Miloş Poqanoviçlə üz-üzə gələcək.
Sentyabrın 18-də Məhəmmədəli Aşırəliyev (60 kq) litvalı Edqaras Skurdelislə, Malik Həsənov (65 kq) türkiyəli Bilge Kağan Kanlı ilə qarşılaşacaq. Bu görüşlər də 1/16 final mərhələsi çərçivəsində keçiriləcək.
Sentyabrın 19-da Amin Məmmədzadə (55 kq) 1/8 finalda belçikalı Bulaiz Nadir və ya erməni Jirayr Sarkisyanla mübarizə aparacaq.
Sentyabrın 20-də Zeynəb Rəhimova (54 kq) türkiyəli Buse Naz Çakıroğlu, Sübhan Mamedov (50 kq) albaniyalı Emanuel Koça, Rauf Rəhimov (90 kq) almaniyalı Kevin Lebovski, Məhəmməd Abdullayev (+90 kq) isə moldovalı Nikolay Burdiuja ilə qarşılaşacaq.
Sentyabrın 21-də Səidcəmşid Cəfərov (75 kq) Davron Bozorov (Moldova) və ya Muksim Abdullay (Almaniya) ilə, Murad Allahverdiyev (80 kq) isə serbiyalı Rastko Simiç və ya litvalı Arvidas Dainislə 1/8 final mərhələsində üz-üzə gələcək.
Avropa çempionatının qalibləri sentyabrın 25-də müəyyənləşəcək.
dəqiqələr içində saytın olsun.