Azərbaycan komandaları Şahmat Olimpiadasına qələbə ilə başlayıb
Operativ Media
Azərbaycanın kişi və qadın şahmat komandaları 2026-cı il Ümumdünya Şahmat Olimpiadasında ilk turu qələbə ilə başa vurublar.
Operativ Media xəbər verir ki, kişi şahmatçılarımız ilk turda Mərakeş yığmasını 4:0 hesabı ilə məğlub ediblər.
Görüşlərdə Aydın Süleymanlı Mohamed-Mehdi Aithmdouya, Məhəmməd Muradlı Yasser Hadj Xoltini, Rauf Məmmədov Nidal Qhanouini, Eltac Səfərli isə Abdeslam Zarkiki məğlub edib.
Qadınlardan ibarət Azərbaycan komandası isə ilk turda Qvatemala yığmasına 4:0 hesabı ilə qalib gəlib.
Gövhər Beydullayeva Ceni Fernandaya, Günay Məmmədzadə Deysi Daniela Raymundoya, Xanım Balacayeva Dairin Lopezə, Gülnar Məmmədova isə Kerstin Danielleyə qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net