Menyu

Erlinq Holann Premyer Liqada yeni uğura imza atıb

Operativ Media
Erlinq Holann Premyer Liqada yeni uğura imza atıb

“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasının V turunda “Sanderlend”lə oyunda fərqlənərək çempionatda qarşılaşdığı bütün komandalara qol vurub.

Operativ Media xəbər verir ki, norveçli futbolçu “Mançester Siti”nin 5:3 hesablı qələbəsi ilə başa çatan matçda 81-ci dəqiqədə Yoşko Qvardiolun ötürməsindən sonra topu rəqib qapısından keçirib.

26 yaşlı hücumçu karyerasında ilk dəfə “Sanderlend”ə qol vurub. Bundan əvvəl o, bu komandaya qarşı iki matçda meydana çıxsa da, məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Beləliklə, Holann Premyer Liqada üz-üzə gəldiyi 25 komandanın hamısının qapısına yol tapıb. O, ən çox qolu “Vest Hem”ə qarşı keçirib – 11.

Bununla yanaşı, Holann Premyer Liqanın debütantı “Hall”a qarşı hələ oynamayıb. Bu komandalar arasında görüş dekabrın 19-da keçiriləcək.

Premyer Liqada qarşılaşdığı hər komandaya qarşı ən azı iki matçda oynayıb qol vuran digər futbolçu Harri Keyndir. İngiltərə millisinin sabiq hücumçusu turnirdə qarşılaşdığı 32 rəqibin hamısına qol vurub.

Holannın Premyer Liqada rəqiblərinə vurduğu qollar:

“Vest Hem” – 11 qol (8 oyun)

“Kristal Pelas” – 10 qol (6 oyun)

“Vulverhempton” – 10 qol (7 oyun)

“Mançester Yunayted” – 9 qol (8 oyun)

“Fulhem” – 8 qol (8 oyun)

“Everton” – 7 qol (6 oyun)

“Brayton” – 7 qol (7 oyun)

“Arsenal” – 6 qol (8 oyun)

“Bernli” – 5 qol (4 oyun)

“Brentford” – 5 qol (7 oyun)

“Nottingem Forest” – 5 qol (8 oyun)

“İpsviç” – 4 qol (2 oyun)

“Sauthempton” – 4 qol (4 oyun)

“Çelsi” – 4 qol (8 oyun)

“Tottenhem” – 4 qol (8 oyun)

“Bornmut” – 4 qol (9 oyun)

“Lester” – 3 qol (2 oyun)

“Liverpul” – 3 qol (6 oyun)

“Lids Yunayted” – 2 qol (3 oyun)

“Şeffild Yunayted” – 1 qol (1 oyun)

“Luton” – 1 qol (1 oyun)

“Koventri” – 1 qol (1 oyun)

“Sanderlend” – 1 qol (3 oyun)

“Aston Villa” – 1 qol (5 oyun)

“Nyukasl Yunayted” – 1 qol (7 oyun)

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər