Menyu

“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Operativ Media
“Kahı” və “kərəviz” yükündə külli miqdarda narkotik vasitə aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Operativ Media xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" və "kərəviz" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər