“İnternasyonal” baş məşqçisini istefaya göndərib
Operativ Media
“İnternasyonal” baş məşqçi Paulo Peççolanonu vəzifəsindən azad edib.
Operativ Media xəbər verir ki, klubun açıqlamasına əsasən, 43 yaşlı uruqvaylı mütəxəssisin funksiyalarını müvəqqəti olaraq Pablo Fernandes icra edəcək.
Peççolano 2026-cı ilin yanvarından Braziliya təmsilçisinə rəhbərlik edirdi. Onun klubla müqaviləsi 31 dekabr 2026-cı ilədək qüvvədə idi.
Mütəxəssisin rəhbərliyi altında “İnternasyonal” 43 oyunda 17 qələbə qazanıb, 12 heç-heçə edib və 14 məğlubiyyətə uğrayıb.
Peççolano daha əvvəl “Uotford”, “Real Valyadolid”, “Kruzeyro”, “Paçuka” və Montevideonun “Liverpul” komandalarında çalışıb.
“İnternasyonal” Braziliya çempionatında 28 oyundan sonra 28 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net