Menyu

Messi cərimə zərbəsindən 75-ci qolunu vurub

Operativ Media
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub

Lionel Messi MLS-in əsas mərhələsində “San Dieqo” ilə ev oyununda “İnter Mayami”nin hesabını bərabərləşdirən qola imza atıb.

Operativ Media xəbər verir ki, argentinalı hücumçu qarşılaşmanın 23-cü dəqiqəsində fərqlənərək hesabı 1:1 edib. Bu qol Messinin peşəkar karyerasında 930-cu, cərimə zərbəsindən 75-ci və “İnter Mayami”nin heyətində 101-ci qolu olub.

39 yaşlı futbolçu ardıcıl üçüncü matçda rəqib qapısına yol tapıb. O, bundan əvvəl “Krus Asul”la Kampeones Kubokunun finalında (2:0) və MLS-in əsas mərhələsində “Neşvill”ə qarşı görüşdə (2:2) qol vurub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər