Menyu

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Operativ Media
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Əlaqəli Xəbərlər