Yasamalda xeyriyyə adı altında dələduzluq edən şəxs saxlanılıb
Operativ Media
Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, maddi yardım göstəriləcəyi vədi ilə həmin şəxsdən 2250 manat pul və 800 manat dəyərində qızıl-zinət əşyaları aldığı müəyyən edilib. N.Məhərrəmovanın əldə etdiyi qızıl-zinət əşyalarını sonradan satdığı da məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net