Menyu

Sabunçuda yaşayış evində yanğın baş verib

Operativ Media
Sabunçuda yaşayış evində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansardında bir otağın yanar konstruksiyaları 20 kv.m və 1-ci mərtəbədə bir otağın tavanı 16kv.m sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə edilib, xəsarət alan olmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər