Azərbaycan-Almaniya enerji əməkdaşlığının perspektivləri müzakirə edilib
Operativ Media
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə olunub.
Operativ Media xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında bildirib.
Nazir Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdə iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi imkanlarının müzakirə edildiyini qeyd edib.
Görüşdə Azərbaycan qazının Almaniyaya tədarükü, bərpaolunan enerji və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net