Ceyhun Bayramov TRIPP layihəsinin regional bağlantılılıq və sülh üçün əhəmiyyətindən danışıb
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ hökumətinin təşkil etdiyi “Sülh yolu ilə rifah: Transxəzər Ticarət Marşrutu və TRIPP-yə investisiya” tədbirində çıxış edib.
Operativ Media xəbər verir ki, Bayramov Azərbaycanın iqtisadi inkişafı, dayanıqlı təchizat zəncirləri və yeni investisiya imkanları üçün regional bağlantılılığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir TRIPP layihəsinin Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz çoxmodlu bağlantı yaradacağını, daha geniş regional əlaqələri gücləndirəcəyini və davamlı regional sülhə töhfə verəcəyini bildirib.
Ceyhun Bayramov layihənin həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərinə görə minnətdarlığını ifadə edib. O, həmçinin TRIPP-in regional enerji bağlantılılığının və şaxələndirmənin inkişafına töhfə vermək potensialını qeyd edib.
Nazir Azərbaycanın Bakı Limanı və Ələt Azad İqtisadi Zonasına əsaslanan inteqrasiya olunmuş nəqliyyat və logistika mərkəzinin yaradılması istiqamətində davam edən investisiyalarından da danışıb.
O, rəqəmsallaşmanın, sadələşdirilmiş logistika və gömrük prosedurlarının, eləcə də tərəfdaşlar arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Bu çərçivədə Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurlu koordinasiya və yol xəritələrinə diqqət çəkib.
dəqiqələr içində saytın olsun.