Menyu

Venesuelada prezident seçkilərinin vaxtı açıqlanıb

Operativ Media
Venesuelada prezident seçkilərinin vaxtı açıqlanıb

Venesuelada prezident seçkilərinin xalqın uyğun hesab etdiyi vaxtda keçiriləcəyi bildirilib.

Operativ Media xəbər verir ki, bunu Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes BMT Baş Assambleyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə seçkilər keçiriləcək və artıq müxalifət nümayəndələri ilə siyasi dialoqa başlanılıb. Rodriqes bildirib ki, bu proses bütün tərəflər üçün bərabər şərtlərin təmin olunmasına yönələcək.

O qeyd edib ki, seçkilərin keçirilməsi üçün uyğun zamanı Venesuela xalqı müəyyənləşdirəcək, ölkənin institutları isə inklüziv və şəffaf prosesin təmin olunmasına hazır olacaq.

Rodriqes seçkilərin keçirilməsi üçün zəruri şərtlərdən birinin Venesuelaya tətbiq olunan “iqtisadi məhdudiyyətlərin” aradan qaldırılması olduğunu bildirib.

Venesuelanın səlahiyyətli prezidenti beynəlxalq ictimaiyyəti ölkədə baş verən dəyişiklikləri dəstəkləməyə çağırıb. Onun sözlərinə görə, Venesuela xarici müdaxilə olmadan suveren dövlət kimi öz hüquqlarından istifadə etmək və beynəlxalq səviyyədə hörmət görmək istəyir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər