Menyu

"Formula 1": Azərbaycan Qran-prisinə bu gün start veriləcək

Operativ Media
"Formula 1": Azərbaycan Qran-prisinə bu gün start veriləcək
1 dəq oxu

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Operativ Media xəbər verir ki, ilk gündə “Formula 1” üzrə iki sərbəst yürüş, “Formula 2”də isə sərbəst yürüş və iki sıralama turu keçiriləcək.

20 döngədən ibarət Bakı trekinin uzunluğu 6,003 km-dir. Əsas yarış 51 dövrədən ibarət olacaq və ümumi məsafə 306,049 km təşkil edəcək.

Bakıda ilk yarış 2016-cı ildə “Avropa Qran-prisi” adı ilə keçirilib. Növbəti yeddi yarış isə “Azərbaycan Qran-prisi” adlandırılıb.

Günün proqramı:

10:00 – “Formula 2”: Sərbəst yürüş

12:30 – “Formula 1”: I sərbəst yürüş

14:00 – “Formula 2”: I sıralama turu

14:30 – “Formula 2”: II sıralama turu

16:00 – “Formula 1”: II sərbəst yürüş

Əlaqəli Xəbərlər