Menyu

Si Cinpin ABŞ ilə dinc yanaşı yaşamağa çağırıb

Operativ Media
Si Cinpin ABŞ ilə dinc yanaşı yaşamağa çağırıb

Çin və ABŞ iki ölkənin dinc yanaşı yaşaması üçün zəruri addımlar atmalıdır.

Operativ Media xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə yayımlanan yazılı müraciətində bildirib.

Si Cinpin qeyd edib ki, Çin və ABŞ yeni dövr üçün iki böyük dövlətin dinc yanaşı yaşamasını təmin edəcək düzgün yol müəyyənləşdirməlidir.

Çin lideri ABŞ Prezidenti Donald Trampla iki ölkə arasındakı münasibətlər və beynəlxalq vəziyyətlə bağlı mühüm məsələləri müzakirə etməyə ümid etdiyini bildirib.

O, həmçinin Çin-ABŞ münasibətlərində strateji sabitliyin konstruktiv məzmununun genişləndirilməsini, eləcə də müxtəlif sahələrdə qarşılıqlı əlaqə və əməkdaşlıq imkanlarının artırılmasını istədiyini vurğulayıb.

Qeyd edək ki, Si Cinpin sentyabrın 23-də ABŞ-a gəlib. Donald Tramp onu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında qarşılayıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək. Donald Tramp isə mayın 13-15-də Çinə səfər edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər