Menyu

Baş nazir: Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Nərmin Qocamanlı
Baş nazir: Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir
1 dəq oxu

Azərbaycanın strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir.

Operativ Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov 2027-ci il dövlət və icmal büdcə layihələrinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir.

Əli Əsədov qeyd edib ki, sentyabrın 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcu 4,5 milyard dollar təşkil edib. Bu məbləğ proqnozlaşdırılan ÜDM-in 5,6 faizinə bərabərdir.

Baş nazirin sözlərinə görə, 2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət balansında müsbət saldo 10 milyard dollardan çox olub.

Əlaqəli Xəbərlər