“ASAN müraciət” informasiya sistemində iştirak edən qurumların siyahısında dəyişiklik edilib
“ASAN müraciət” informasiya sistemində iştirak edən qurumların siyahısında dəyişiklik edilib.
Operativ Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov 25 sentyabr 2026-cı il tarixində 314 nömrəli qərar imzalayıb.
Qərara əsasən, “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısında “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin adı “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyəti, “Regional Su Meliorasiya Xidməti”nin adı isə “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti ilə əvəz edilib.
Dəyişiklik Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı Prezidentin 20 fevral 2026-cı il tarixli fərmanının icrasının təmin edilməsi məqsədilə həyata keçirilib.
Qərarla həmçinin “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 7 dekabr 2021-ci il tarixli 386 nömrəli qərarının 5-ci hissəsi yeni redaksiyada verilib.
Qərar sözügedən iki qapalı səhmdar cəmiyyətinin qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minəcək.
dəqiqələr içində saytın olsun.