Menyu

Atatürk prospektinin bu kəsişməsi artıq svetoforlarla tənzimlənir

Operativ Media
Atatürk prospektinin bu kəsişməsi artıq svetoforlarla tənzimlənir

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən paytaxtın Binəqədi rayonu, Atatürk prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində təhlillər aparılıb. Nəqliyyatın intensiv olduğu, xüsusilə də günün pik saatlarında kəsişmədə yaranan sıxlığı aradan qaldırmaq üçün dərhal tədbirlərə başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Bu məqsədlə nəqliyyatın nizamlı hərəkəti və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi üçün yeni svetoforlar quraşdırılıb. “A” və “L” tipli olmaqla 7 ədəd dirək üzərində quraşdırılan svetoforlar artıq hərəkət iştirakçılarının istifadəsindədir.

Qeyd edək ki, sürücü və piyadaların təhlükəsizliyinin artırılması məqsədilə işlər davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər