Menyu

Formula 1-ə görə bağlanan yollar nə zaman açılacaq?

Operativ Media
Formula 1-ə görə bağlanan yollar nə zaman açılacaq?

Bakıda Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət sentyabrın 28-də başa çatacaq.

Operativ Media xəbər verir ki, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkündür.

Yarışların başa çatmasından dərhal sonra – sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılacaq. Konstruksiyaların sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar məhdudiyyətlər sentyabrın 28-dək davam edəcək.

Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-dən etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər