Menyu

Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Lənkəranda 17 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Saxlanılan əvvəllər məhkum olunmuş M.İsmayılovdan 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər (20 ədəd) aşkarlanıb.

Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən V. Bayramlı saxlanılıb. Həmin şəxsdən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər